Yemək çubuğunu udan kişi 8 il həkimə getməyib

  • 2026.03.30 17:10
  • 102 Baxış
Yemək çubuğunu udan kişi 8 il həkimə getməyib


Çubuq udduqdan sonra kişi cərrahiyyə əməliyyatından qorxduğu üçün həkimə müraciət etməkdən 8 il yayınmağı bacarıb.


Medicina.az xəbər verir ki, Çindən olan cənab Vanq 8 il əvvəl təsadüfən paslanmayan poladdan hazırlanmış çubuq udub. Boğazına ilişib qalan yad cismin çıxarılması üçün cərrahiyyə əməliyyatının lazım olacağından panikaya düşən Vanq xəstəxanaya getməyib.

Beləliklə, kişi bütün bu illər ərzində dözməli olub və çubuğu qida borusunda gəzdirib.
Vanq şanslı idi, çünki çubuq boğazına ciddi zərər vermədi. Müalicəyə gəldikdə isə, həkim xəstənin fobiyasını nəzərə aldı və minimal invaziv cərrahiyyə əməliyyatı ilə çubuğu çıxardı.


Aygün Musayeva