Kələmdən kotlet – Ətdən dadlıdır – RESEPT

  • 07 İyn 2019 19:04
  • 9011 Baxış
Kələmdən kotlet –  Ətdən dadlıdır – RESEPT

Orucluqdan sonra sürətlə ağır ət qidalarına keçməyin. Həm də yayda ət yemək orqanizm üçün faydalı deyil. Kələmdən yüngül dietik kotletlər bütün ailənin xoşuna gələcək.


Medicina.az həmin resepti təqdim edir:


Ərzaqlar:


Kələm -1 kq

Soğan -1 ədəd

Mannı – 100 qr

Un – 100 qr

Sarımsaq – 2 diş

Şüyüd -1 dəstə

Sixarı -2 qaşıq

Duz, istiot


Hazırlanması:


Qazanda su qaynadıb, duz tökün. 

Təzə kələmi 4 yerə bölüb, suda 10 dəqiqə bişirin.


Sudan çıxarıb, suyu süzüləndən sonra ətçəkəndən və ya blenderdən keçirin. Suyunu sıxırsız, bir azca sulu qalmalıdır. 

Göyərti, soğan və sarımsaq xırda doğranılır.


Bunlar kələmə qatılır, duz, istiot vurulub qarışdırılır.

Un və mannı tədricən, aramla əlavə edilir. Bərabər qarışmış kütlə alınmalıdır.


Farş 10 dəqiqə kənarda saxlanılır. 

Kotlet forması verilib, suxarıda batırılıb, yağda qızardılır.


Süfrəyə sous, ketçupla verilə bilər.