Qarpız salatı – Super dadlı RESEPT

  • 2019.06.19 19:33
  • 23435 Baxış
Qarpız salatı –  Super dadlı RESEPT
Heç qarpızdan salat hazırlaya biləcəyiniz ağlınıza gəlmişdi? Resepti çox sadədir, bir –iki əlavə var. Amma süfrəyə veriləndə təəccübləndirir, rahatlıqla yeyilir, dad birləşməsi fantastikdir.


Medicina.az qarpız salatını təqdim edir.


Lazımdır:


Qarpız – 350 qr

Brınza pendiri – 200 qr

Qırmızı soğan -1 ədəd

Zeytun yumsuz – 100 qr

Limon -1 dəd

Reyhan – 5-6 yarpaq

Zeytun yağı – 20 ml


Hazırlanması:


Əvvəlcə soğan marinadlaşdırılıb, acısı çıxarılır. Soğan nazik halqavari doğranılır, bir limonun suyunda qarışdırılıb, 40 dəqiqə kənarda saxlanılır. 

Sərin qarpız kub formasında bir qədər orta ölçüdə doğranılır, tumları çıxarılır. Salatqabına qarpız, orta kub doğranmış brınza, zeytun qoyulur. Üzərindən soğan və reyhan yarpaqları səpilir.  Salata soğanı marinadlaşdırdığınız limonun suyu və bir qədər zeytun yağı gəzdirilir.  Dərhal da yeyilir.