Yaşıl acika yemisizmi? – Hazırlanma qaydası

  • 16 May, 2019
  • 6112 Baxış
Yaşıl acika yemisizmi? – Hazırlanma qaydası
Hamı qırmızı acika hazırlayır, onu alır, onu yeyir. Amma mədə-bağırsağında problem olanlara pomidor zərərli olduğu üçün onlar acika yemir. 
Medicina.az sizə faydası qırmızıdan da çox olan yaşıl Acikanın reseptini təqdim edir.

Tərkibi olduqca zəngin bu acikanı qışda yeməklərə qata, yanında verə və ya çörəyə çəkib yeyə bilərsiniz.

Ərzaqlar:

Yaşıl bolqar bibəri – 500 qr
Uzun acı bibər – 500 qr
Şüyüd, cəfəri, selderey – hərəsindən 250 qr
Sarımsaq -5 diş
Keşniş toxumu – 1 xörək qaşığı
Sirkə - 1 xörək qaşığı
Duz

Hazırlanması:

Bibərlər və göyərtilər yuyulub, təmizlənib, ətçəkəndən sarımsaqla birgə keçirilir. Ədviyyatlar, duz qatılıb, sirkə qatılıb, bankalara yığılır. Soyuducuda və ya sərin yerdə saxlanılır.