Yay aylarının təravətləndirici və ləzzətli meyvəsi olan yemiş qabığının əslində bir çox sağlamlıq probleminə çarə ola biləcəyini bilirdinizmi?
Xüsusilə əsrlər əvvəl İbn-i Sinanın təklif etdiyi resept elmi araşdırmaların dəstəyi ilə bu gün diqqət çəkir.
Medicina az xəbər verir ki, yemiş yay aylarında sərinləmək və susuzluğu yatırmaq üçün əvəzolunmazdır.
Çoxumuzun atdığı yemiş qabıqları əslində bir çox sağlamlıq problemlərinə şəfa mənbəyi ola bilər. Bu şəfanın mənşəyi eramızdan əvvəl 10-cu əsrə, İslam təbabətinin banisi sayılan İbn-i Sinaya aiddir.
İbn-i Sina əsərində yemiş qabığının bir çox xəstəliyə faydalı olduğunu və xüsusilə dəri problemləri üçün istifadə edilə biləcəyini qeyd edir.
Resept olduqca sadədir:
Yemiş qabıqlarını yaxşıca yuyun və qurudun. Onları qarışdırıcıda toz halına salın. Pasta hazırlamaq üçün bir az su ilə qarışdırın. Dəriyə çəkin və 20 dəqiqə gözləyin. İsti su ilə yuyun.
FAYDALARI
Dəri sağlamlığı: Dəridə iltihabı və qıcıqlanmanı azaldır, eqzema və sədəf kimi xəstəliklərə yaxşı gəlir.
Həzm sistemi: Qəbizliyi aradan qaldırır, həzmi asanlaşdırır.
Böyrək daşı: Böyrək daşlarının keçməsinə kömək edir.
Sidikqovucu: Bədəndən artıq suyu çıxarır, ödem əmələ gəlməsinin qarşısını alır.
Qan təzyiqi: Qan təzyiqini tənzimləyir.
İmmunitet sistemi: İmmunitet sistemini gücləndirir
Aygün
Medicina.az