Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

  • 2026.09.24 21:16
  • 88 Baxış
Yeni doğulmuş körpəsini dayanacaqda    yad adama verib qaçdı


Gənc bir qadın körpəsini Texas ştatının San Antonio şəhərindən olan Jennifer Benavidesə verib.

O, avtobus dayanacağında gözləyərkən gözlənilmədən 18 yaşlı bir qadın körpəsini qucağında ona yaxınlaşıb.


Medicina.az xəbər verir ki, Carla Ibarra adlı gənc ana körpəsini artıq istəmədiyini bildirdi. Cəmi bir aylıq yeni doğulmuş oğlu ilə birlikdə Carla uşağın doğum haqqında şəhadətnaməsini və sığorta sənədlərini tamamilə tanımadığı şəxsə verib. Qadın daha sonra taksi ilə çıxıb gedib.


Təbii ki, Jennifer polisə müraciət etdi və Carla həbs olundu. O, uşağın həyatı və sağlamlığını təhlükəyə atmaqda ittiham edildi. Bir çox insan ananın körpəsini təsadüfi bir qadına niyə təhvil verdiyini düşünür, çünki Texasda valideynlərə yeni doğulmuş uşağı (iki aya qədər) anonim və cinayət təqibi olmadan təhlükəsiz yerdə - məsələn, xəstəxanada, təcili yardım şöbəsində və ya yanğınsöndürmə məntəqəsində qoymağa icazə verən qanun var.

Aygün Musayeva