Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni doğulan körpə öldü

  • 2018.11.23 13:10
  • 6889 Baxış
Yeni doğulan körpə öldü

Mingəçevir şəhərində doğum evində yeni doğulan uşaq ölüb.



BakuPost-un Trend-ə istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü Fərhadova Ramilə Habil qızı noyabrın 20-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə qəbul olunub və oğlan uşağı dünyaya gətirib.



Noyabrın 22-də uşaq həmin şöbədə dünyasını dəyişib.



Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.