Yeni Klinikada tər testlərinə başlanıldı

  • 2024.01.11 15:11
  • 1498 Baxış
Yeni Klinikada tər testlərinə başlanıldı

Uzun aradan sonra Yeni Klinikada ayrıca laboratoriya yaradılaraq Kistoz fibroza şübhəli pasiyentlər üçün "tər testi" aparılır.


"Medicina" xəbər verir ki, Kistik-Fibroz xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova məlumat verib:

Səadət Bayramova bildirib ki, laboratoriyada müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vasitələrdən istifadə olunur, həmçinin burada laborator işlərinin təhlükəsizlik şəraitdə görülməsi üçün rahat şərait yaradılıb.

Kistoz fibroza şübhəli pasiyentlər Yeni Klinikaya müraciət edə bilərlər.

Kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Həmin xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur.