Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

  • 2025.11.18 00:33
  • 63 Baxış
Yeni qan qrupu yaradılır:  Yalnız 50 nəfərdə var

Alimlər "Rh-null" kimi tanınan qızıl qan qrupunu yaratmaq üçün laboratoriyada çalışıblar.

Medicina.az xəbər verir ki, "Qızıl Qan" kimi də tanınan Rh-null dünyada cəmi 50 nəfərdə tapılıb və tibb dünyasının ən dəyərli və sirli qan qruplarından biri kimi diqqəti cəlb edir.

Qırmızı qan hüceyrələrinin səthində olan Rh antigenlərindən heç biri olmayan bu xüsusi qan qrupu terapevtik proseslərdə əhəmiyyətli potensiala malikdir və nadir olması səbəbindən olduqca vacibdir.

İnsan bədənində Rh sisteminə aid 61-dən çox antigen var.

Lakin, Rh-null qan qrupuna malik insanlarda bütün bu antigenlər yoxdur.

Bu şəxslər yalnız öz qan qrupundan qan ala bilərlər.

Nadirliyinə görə, Rh-sıfır qan beynəlxalq səviyyədə "Qızıl Qan" kimi tanınır və "dünyanın ən dəyərli qanı" hesab olunur.

Mütəxəssislərin fikrincə, bu qan hələ "təcili hallarda dərhal istifadə edilə" biləcək bir səviyyəyə çatmayıb.

Rh-sıfır qan qrupları üzərində aparılan tədqiqatlar, xüsusən də çox nadir qan qrupları olan xəstələr üçün böyük ümidlər yaradır.

Aygün
Medicina.az