Yeni təyinatlar ümidverici addımlardır - Barat Yusubov

  • 2026.05.01 16:03
  • 97 Baxış
Yeni təyinatlar ümidverici addımlardır -  Barat Yusubov

Yeni Klinikanın keçmiş direktoru Barat Yusubov xəstəxanalara yeni direktorların təyin edilməsi barədə paylaşım edib.

Medicina.az xəbər verir ki, B.Yusubov bu təyinatların ümidverici bir addım olduğunu vurğulayıb:

"Bu gün səhiyyə sistemimiz üçün əlamətdar gündür. Ölkəmizin bir neçə aparıcı tibb müəssisəsinə yeni rəhbər təyinatlarının edilməsi həm məsuliyyətli, həm də ümidverici bir addımdır:

"Xüsusilə, uzun müddət rəhbərlik etdiyim xəstəxanaya direktor vəzifəsinə təyin olunan dəyərli həmkarımı ürəkdən təbrik edirəm. Bu məsuliyyətli vəzifədə ona uğurlar arzulayıram. İnanıram ki, onun peşəkarlığı, insanlara yanaşması və rəhbərlik keyfiyyətləri müəssisənin daha da inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, digər xəstəxanalara təyin olunan bütün həmkarlarımı da səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar və davamlı inkişaf arzulayıram".

O, qeyd edib ki, səhiyyə hər zaman komanda işidir:

"Hər birimizin məqsədi eynidir – insanlara daha keyfiyyətli xidmət göstərmək və sistemimizi daha güclü etmək Hər birinizə bu yolda uğurlar arzulayıram".

Aygün

Medicina.az