"Yenidən doğulmuş kimi hiss edirəm..." – Astma ilə mübarizə aparan pasiyentin hekayəsi - VİDEO
"Yenidən doğulmuş kimi hiss edirəm..." – Astma ilə mübarizə aparan pasiyentin hekayəsi - VİDEO
2026.07.16 12:15
121 Baxış
Astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir və dünyada milyonlarla insanın həyat keyfiyyətinə mənfi təsir göstərir.
Medicina.az xəbər verir ki, nəfəs darlığı, öskürək, sinədə sıxılma hissi və təkrarlanan astma tutmaları gündəlik həyatı çətinləşdirir. Xəstəliyin idarə olunması isə hər pasiyent üçün fərqli yanaşma tələb edir və bəzən uzunmüddətli müalicə prosesini əhatə edir.
Bəzən bir pasiyentin söylədiyi bir cümlə uzun müalicə prosesini ən yaxşı şəkildə ifadə edir: "Yenidən doğulmuş kimi hiss edirəm."
Bu sözlər təxminən 10 ildən artıq astma ilə mübarizə aparan Fatimə xanıma məxsusdur. Müxtəlif müalicələrə baxmayaraq istədiyi nəticəni əldə edə bilməyən pasiyent 2022-ci ildə klinikamıza müraciət etdi. Klinik vəziyyəti qiymətləndirildikdən sonra onun üçün fərdiləşdirilmiş İnteqrativ müalicə proqramına başlanıldı.
Müalicə müddətində astma tutmaları nəzarət altına alındı və gündəlik həyat keyfiyyətində əhəmiyyətli yaxşılaşma müşahidə olundu. Daha sonra allergik rinit və sinusit şikayətləri ilə yenidən müraciət etdikdə isə klinik vəziyyətinə uyğun yeni müalicə planı tətbiq olundu və qısa müddətdə müsbət dəyişikliklər izlənildi.
İnteqrativ tibbdə astmaya yalnız tənəffüs yollarının xəstəliyi kimi deyil, orqanizmin ümumi vəziyyəti nəzərə alınaraq kompleks yanaşılır. Müalicə proqramı hər pasiyentin klinik vəziyyətinə uyğun fərdiləşdirilir. Bununla yanaşı, qidalanma, həyat tərzi və stresin idarə olunması da uzunmüddətli nəticələrin əldə olunmasında mühüm rol oynayır.
Dr. Gülnar Quliyeva
terapevt, osteopat, İnteqrativ Tibb mütəxəssisi
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89