Yer kürəsinə dözülməz istilər gəlir – Alimlərdən xəbərdarlıq

  • 2021.10.29 17:23
  • 2693 Baxış
Yer kürəsinə dözülməz istilər gəlir  – Alimlərdən xəbərdarlıq


Ölüm vadisində 2021-ci ildə temperatur 54,5 dərəcəyə çatıb.

Alimlər qeyd edib ki, bu Yer üzündə bu vaxta kimi qeydə alınan ən yüksək göstəricidir.


Medicina.az xəbər verir ki, alimlər qlobal istiləşmənin sürətlə Yerdə həyat şəraitinin dözülməz edəcəyi barədə xəbərdarlıq edib.

ABŞ-da yerləşən Ölüm vadisindən tutmuş Yaxın Şərq, Hindistan və Saxara boyunca insanlar artıq özlərini iqlim dəyişikliyinə görə yaxşı hiss etmir.

Əgər ciddi tədbirlər görülməzsə, planetin digər yerlərində də vəziyyət pisləşəcək.

İqlim üzrə ekspert Sika Hausfazer bildirib ki, iqlimlə bağlı ekstremal proseslər bundan sonra daha tez-tez baş verəcək.

Okean və Atmosfer idarəetməsi üzrə Milli mərkəzin hesablamasına görə, bu ilin iyul ayı bu vaxta kimi ən yüksək hərarətin qeydə alındığı dövr olub.

Hərarətin qalxması quraqlıqları, meşə yanğınlarını, tufan və subasmaların intensivliyini artıracaq.

İstilik dalğalarının yüksəlməsi insanlar və kənd təsərrüfatı üçün ölümcül ola bilər.

“Bundan sonrakı su və selbasmalar həmişə olduğu kimi, 50-100 yox, mindən çox insan həyatına qon qoya bilər. Təbii fəlakətlər çoxalacaq” – deyə Rober Votar bildirib.


Temperaturun 2 dərəcə yarım dəyişməsi ilə bütün planetin əhalisi hər 5 ildən bir ciddi əziyyət çəkəcək.