Oktyabrın 3-də baş verən günəş plazmasının püskürməsi oktyabrın 7-də Yer kürəsinə çata bilər.
"Medicina" xəbər verir ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası və Sibir şöbəsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.
Bununla əlaqədar olaraq oktyabrın 7-də Yer kürəsində zəif maqnit qasırğaları mümkündür.
Oktyabrın 3-də səhər M1.5 partlayışı baş verib ki, bu da Yer istiqamətində plazma buludunun püskürməsi ilə müşayiət olunub.