Yevlax şəhərində dəm qazından zəhərlənmə nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Hadisə nəticəsində Yevlax şəhər sakini, 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov həyatını itirib.
Digər dörd nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.