Yıxılaraq kəllə sümüyü sınmış körpə əməliyyat edildi

  • 2024.03.18 14:45
  • 460 Baxış
Yıxılaraq kəllə sümüyü sınmış körpə   əməliyyat edildi

Respublika Neyrocərrahiyyə Xəstəxanasına ağır vəziyyətdə gətirilmiş 5 aylıq körpə pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.


"Medicina" xəbər verir ki, 5 aylıq körpə qıcolma tutmaları olduğu üçün Ağcabədi rayonunun təcili təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib.

KT müayinəsinə əsasən sağ təpə payında beyindaxili hematoma, təpə sümüyünün xətti sınıqları, soldan lambdayabənzər tikişin travmatik aralanması (kəllə sümüyünün təbii tikişi) aşkar edilib.


Həkim Rasim Quliyev və Zəka Abdullayev tərəfindən təcili və uğurlu əməliyyat olunaraq nevroloji defisitsiz evə yazılıb.