Yod defisiti menstruasiya sindromu və mastopatiyanın əsas səbəbidir

  • 2022.10.11 14:24
  • 1052 Baxış
Yod defisiti menstruasiya sindromu və mastopatiyanın  əsas səbəbidir

Yod azlığı qadınlarda geniş yayılmış çətin menstrual tsikl, ağrı və süd vəzilərində xəstəliklərə səbəb olur.

"Medicina" xəbər verir ki, yod orqanizmə xaricdən qida və duz ilə daxil olub, tiroksin, T4, T4 kimu hormonların sintezi üçün vacibdir.


Bu hormonlar bütün orqanizmin dirijorudur. Onlar tənəffüs, cinsi, mərkəzi sinir sistemi, ürək-damar sistemini tənzimləyir.
Hormonların kəskin artması və ya azalması hormonal balansı pozur.

Bəzən yod defisiti o qədər açıq- aşkar görünür ki, simptomlar üzdən oxunur.

- Yaddaşın zəifləməsi
- Ürək ritminin pozulması
- Yuxululuq
- Hemoqlobin azlığı
- zobun düyünün yaranması
- təzyiqin qalxması
- Yorğunluq
- Əsəb

Yod defisiti qadın sağlamlığına təhlükəlidir.
Elmi tədqiqatlar sübut edir ki, yod olmadıqda hormonlar pozulur, bu zaman menstruasiya pozulur, tsikl öncəsi ağır sindrom- kəskin ağrılar, miqren, spazm, stress yaranır.

Eləcə də süd vəziləri ağrıyır. Bu da mastopayoyaya işarədir.

Belə qadınların menstruasiya öncəsi uzu, ayaqları şişir, qarnı köp olur, süd vəziləri şişir.
Bu qadınlarda panik atak, depressiya, titrəmə, ayaqların soyuması baş verir.

Ona görə də yodla zəngin qidalar qəbul edin.

Aygün Musayeva