"Ailə quranda həyat yoldaşımın "Kleine-Levin" sindromu var idi. Bu xəstəliyin dərmanı yoxdur. Dünyada 10 min insanda var. 3-4 gün yatırsan, amma ayılmırsan. Sonradan araşdırdım ki, bunun dərmanı belə icad edilməyib. Bir yaşdan sonra bədəndən çıxıb gedir. Sadəcə sindrom gələndə yatırsan, başqa yolu yoxdur. Üç gün, bir həftə yatanlar var".
Medicina.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Söhbət var" verilişində deyib.
" Mənə elçi gəliblər, ailəmlə görüşəcəklər. Gəlib və hoteldə yatıb qalıb. Düşündüm ki, yəqin evlənmək istəmir. Nə qədər yatdı ki, 29 yaşında ailə qurduq. Həkimlər bu diaqnozu qoyanda onun 1 ili qaldı. Biz nə qədər psixoloqa getdik. Hər il bizim belə bir problemimiz var idi. Hiss edirdi ki, sindrom gəldi: əlləri uyuşurdu, yuxulayırdı. Mən nələr çəkmişəm".
Medicina.az