Yüksək doza B6 vitamini panik atak və təşvişdə faydalıdır

  • 2022.08.24 15:17
  • 1889 Baxış
Yüksək doza B6 vitamini panik atak və təşvişdə  faydalıdır

Yeni elmi tədqiqat, təşviş, həyəcan simptomlarını azaltmaq üçün B6 vitamini əlavəsinin təsirini araşdırıb.

"Medicina" xəbər verir ki, Alimlər 478 nəfət təşviş pozuntulu və depressiyalı insan üzərində eksperiment aparıb.

B6 vitamini ilə əlavə terapiya sinir oyanıqlığı ilə tormozlanma arasında balansı düzənləyir.

B qrup vitaminlər beynin və sinir sisteminin finksiyası üçün vacibdir.

Müxtəlif sinir-psixi pozulmalar, depressiya və həyəcanda yüksək dozalı B6 əlavəsi təyin edilə bilər.

Tədqiqat göstərib ki, B6 narahatlıq, təşviş simptomlarını azaldıb.

O hətta depressiyanın da səviyyəsini azaldıb.

B6 vitamini qarabaşaq, qoz, fındıq, ispanaq, kök, kələm, pomidor, portağal, limon və avokadoda boldur.
Amma qidalarla az doza əldə olunur.


Aygün Musayeva