Yüksək mədə turşuluğu infarkta səbəb ola bilər - Qastroenteroloq

  • 2022.04.27 14:24
  • 2306 Baxış
Yüksək mədə turşuluğu infarkta səbəb ola bilər  - Qastroenteroloq

Mədə turşuluğunun yüksəlməsi, göynəmə və yanma ürəyə zərərlidir.

Bakupost.az xəbər verir ki, orqanizmdə turşu-qələvi mühitinin pozulması asidoza səbəb olur.

Bunu həkim qastroenteroloq İrina Bakulina bildirib.

"Orqanizmin asidozlaşması ürək-damar sistemində problemlərə səbəb olur. Mədə turşuluğu normadan yüksəlir. Bunun zahisi əlamətləri bunlardır: qıcqırma, yanma, dərinin quruması, baş gicəllənmə, ümumi zəiflik, həzmdə problemlər.

Orqanizmin turşulaşmasına səbəb qeyri-sağlam zərərli qidalanmadır. Mədə turşuluğu yüksək təzyiq, miqren, başağrısı, ürəkdə ağrılara səbəb olur.

Nəticədə ürək infarktı da baş verə bilər.

Əgər qastroenteroloq mədə turşuluğunun yüksəkliyi diaqnozu qoyubsa, mütləq xəstə həyat tərzini, qidalanmasını dəyişməli, təzə göyərti, tərəvəzlərə üstünlük verməlidir".

Aygün Musayeva
BakuPost