Yüksək sürətlə gəzmək bu xəstəliklərin qarşısını alır

  • 2022.09.15 16:21
  • 455 Baxış
Yüksək sürətlə gəzmək bu xəstəliklərin   qarşısını alır


Həkimlər demensiyanın qarşısını almaq üçün hər gün 5-7 min addım iti sürətlə gəzməyi tövsiyə edir.


"Medicina" xəbər verir ki, Sidney universitetinin alimləri gündəlik addım sayının orqanizmə təsiri barədə yeni fikir bildirib.

Hər 2000 addım erkən ölüm riskini azaldır. İnsan hər gün minimum 7-10 min addım atmalıdır.

Amma saydan çox sürət də rol oynayır.

Alimlər Britaniya sakinlərinin anonim bazasına daxil olaraq, 78 min insanın tibbi məlumatlarını təhlil edib.

Məlum olub ki, hər 10 min addım ürək-damar və onkoloji xəstəliklər risini 8-10% azaldır.

Gündə 3800 addım isə demensiyanı 30%, 9500 addım isə 50% azaldır.

İnsan nə qədər sürətli hərəkət edibsə, onun demensiya, onkoloji xəstəlik və erkən ölüm şansı dəfələrlə azalır.

Aygün Musayeva