Yüksək təzyiqi endirməyin ən sadə üsulu

  • 2019.05.10 13:26
  • 103068 Baxış
Yüksək təzyiqi endirməyin ən sadə üsulu




Hər 3 nəfərdən birində olan təzyiq ürək xəstəliyi və insult riski daşıyır. Yüksək təzyiqin bəzi hallarda fərqində olmaya bilərik. Ona görə də bunu səssiz qatil adlandırırlar. Baş gicəllənməsi, ürək ağrısı, qulaq cingildəməsi, təngnəfəslik, bullanıq görmə, burun qanması və ürək döyüntülərinin tezləşməsi kimi simptomlar yüksək təzyiqin göstəricisidir. Bu da insanı ölümə aparır.


 

Medicina.az səssiz ölümdən xilas olmağın yollarını təqdim edir.

 

Kəskin baş ağrısı

 

Qan təzyiqindəki ani refleks şiddətli baş ağrısına səbəb olur. Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə, tez-tez burnunuz qanaya bilər. Bu vəziyyət göz damarlarına da zərbə vurur və görmə qabiliyyəti aşağı düşür.

 

İnsult, ürək çatışmazlığı

 

Məşqlərdən və ya hər hansı fiziki hərəkətlərdən  sonra qulaqlarınızda küy və sinənizdə çırpıntı hiss edirsinizə, bu, normaldır. Lakin normal vəziyyətdə bu kimi əlamətlər varsa, narahat olmağa əsas var. Həkim müayinəsi mütləqdir ki, probleminizin nə olduğu bilinsin.

 


 
Təzyiq nöqtəsini tapdıqdan sonra bu, ən asan yoldur. Belə ki, orta barmağın uc hissəsini qələmin köməyi ilə basıb saxlayın. Beləlklə müəyyən müddət təzyiqinizi aşağı sala biləcəskiniz. Təbii ki, bu müalicə üsulu deyil. Mütləq həkimə müraciət edib, lazımı dərmanları qəbul edin.


 


 

 Digər bir yer isə ayaqlarınızdır. Həmin nöqtələr hər iki ayağınızın üstündə olur. Ayaq baş barmaqlarınızın üstündə yuxarıdan aşağı düz cizgi çəkin. Barmağın arasına çatanda saxlayıb, basın. Bu vəziyyətdə 3 saniyə sıxıb saxlayın. 5 saniyyə rahatlanıb, daha sonra bir də eyni müddət saxlayın. Bunu iki dəqiqə ərzində davam edə bilərsiniz.

 

 Ayna Məmmədova

 Medicina.az
Yüksək təzyiqi endirməyin ən sadə üsulu