Yüksək təzyiqi salmaq üçün duzu nə ilə əvəz etməli?

  • 2022.08.15 15:39
  • 1527 Baxış
Yüksək təzyiqi salmaq üçün duzu nə ilə əvəz etməli?

Təzyiqi salmaq üçün duzu rasiondan mümkün qədər çıxarmaq lazımdır. Bəs yeməkləri dadlandırmaq üçün duzu nə ilə əvəz edə bilərik.


Bakupost.az xəbər verir ki, Yeni Uels universiteti, Pekin və Çikaqo universitetlərinin alimləri yeni elmi araşdırmalarında bunun həllini tapıblar.


Onlar bildirir ki, kaliyli duz arterial təzyiqi salır, ölüm riskini azaldır, ürək-damar xəstələrinin ömrünü uzadır.

Tədqiqatçılar 32 min insanı əhatə edən 21 elmi araşdırmanı təhlil ediblər.

Nəticələr göstərib ki, kaliyli duz təzyiqi 4,61 civə sütunu aşağı salır, ürək-damar xəstəliklərinin tezliyi azalmış, buna bağlı olaraq ölüm halları da düşmüşdür.

Xlorstli natriumun azaldılması təzyiqi 1,53 civə sütunu salır.

Rasionunda natrimu kaliyli duzla əvəz edənlərdə hipertoniya və ürək xəstəlikləri xeyli azalmışdır.

Həddən artıq süfrə duzunun istifadəsi hipertoniya və ürək xəstəlikləri yaradır.

Alimlər tövsiyə edir ki, natriumlu duzu kaliyli duzla əvəz etmək kimi sadə vərdiş təzyiq xəstələrini xilas etmiş olar.