Yumşaq əllər üçün sadə üsul - Yalnız 1 dəqiqənizi alacaq

  • 25 Dek 2019 11:29
  • 2370 Baxış
Yumşaq əllər üçün sadə üsul -  Yalnız 1 dəqiqənizi alacaq
Günlük işlərinizin təsirindən əlləriniz qıcıqlana, codlaşa və yumşaqlığını itirə bilər. Lakin, bir dəqiqənizi ayıraraq bütün bunlardan xilas ola bilərsiniz.

Medicina.az xəbər verir ki, hər evdə olar dediyimiz sadə məhsullardan hazırlanan məhlul sizin dərinizi bərpa edə və əllərinizin yumşalda bilər.


Bunun üçün əllərinizə şəkər tozu götürün. Üzərinə bir qədər zeytun yağı əlavə edin. Daha sonra hər ikisini birlikdə ovaraq əllərinizin hər tərəfini masaj edin. Bunu etdikdən sonra əllərinizi yuyun. Qısa müddət ərzində əllərinizdəki ölü dərinin getdiyini və yumşaqlığın bərpa olduğunu hiss edəcəksiniz.

Bu sadə üsul həm də,əllərinizin gün boyu nəm qalmasını təmin edəcək.