Yuxuda artan təzyiq ən təhlükəlidir – Həkim

  • 2023.05.26 15:53
  • 2405 Baxış
Yuxuda artan təzyiq ən təhlükəlidir  – Həkim
Hipertoniyanın ən təhlükəli növü yatarkən özünü büruzə verənidir.


“Medicina” xəbər verir ki, həkim – kardioloq Maksim Andreyevin sözlərinə görə, təzyiq azalmazsa, birbaşa beyinə və digər əsas orqanlara təsir edir.


“Gecələr artan qan təzyiqi adətən insanda heç bir narahatlıq yaratmır: ağrı yoxdur, insan normaldır, çünki yatmağa hazırlaşan orqanizm yüngül pozulmanı hiss etmir.

Əksər insanlarda gecələr aşağı təzyiq göstəriciləri olur. Artıq oyandıqdan sonra, gündüz fəaliyyətinin ilk saatlarında təzyiq artmağa başlayır.

Gecə saatlarında simpatik fon azalır və vegetativ sinir sisteminin parasimpatik bölməsinin fonu üstünlük təşkil edir, damar genişləndirici xüsusiyyətlərə malik mediatorların - orqandan orqana məlumat ötürən maddələrin qanda konsentrasiyası artır.

Məhz bu mexanizmlərin işindəki pozğunluqlar və onlar arasındakı tarazlıq gecə saatlarında təzyiqin artmasına səbəb olur Bu tez-tez xroniki stress, ağır iş, spirtli içki və qəhvə qəbulu ilə əlaqəli baş verir.


Eləcə də bir sıra xroniki xəstəliklər, xroniki böyrək xəstəliyi, gecə nəfəs tutma (obstruktiv yuxu apne sindromu), yuxu pozğunluğu (və ya yuxusuzluq) gecə hipertoniyasının yaranmasına səbəb olur”.

Kimlərdə gecələr təzyiq qalxa bilər:

• yaşlı insanlar;
• xroniki xəstəlikləri olanlar;

• yatmazdan əvvəl həddindən artıq yemək yeyən, kofeinli və spirtli içkilərdən sui-istifadə edən insanlar;
• artıq çəki və piyli insanlar;

• ağır emosional stress ilə;
• iş və istirahət rejiminə riayət etməmək, gecə növbələrində işləmək;

Günay Quliyeva