Yuxuda təzyiq yüksəlməsinin qarşısını almaq üçün vasitə

  • 2021.12.23 17:18
  • 2411 Baxış
 Yuxuda təzyiq yüksəlməsinin qarşısını almaq üçün  vasitə
Məlumdur ki, hipertoniya xəstələrinin təzyiqi çox zaman yuxuda da yüksəlir, bu da gecə insultları və infarktlarının sayını artırır.

Medicina.az xəbər verir ki, həkimlər yuxuda təzyiq yüksəlməsinin qarşısını almaq üçün fıstıq yeməyi məsləhət görüb.

Amerika kardioloqlar assosiasiyasının tədqiqatçıları 2 qrup üzərində təcrübələrinin nəticəsini paylaşıb.

Eyni zamanda təzyiq və diabetdən əziyyət çəkən insanlardan ibarət qrupun birinə az yağlı, bol karbohidratlı rasion təyin ediblər. Digərinə isə fıstıq əlavə edilib.

4 həftədən sonra fıstıq qəbul edən qrupda ürək ritminin, ürək atımının, ümumi periferik vəziyyətin yaxşılaşdığı görülüb. Sistolik təzyiq kifayət qədər enib və yuxuda təzyiq yüksəlməsi baş verməyib.

Ona görə həkimlər təzyiq xəstələrinə rasiona fıstıq əlavə etməyi tövsiyə edir.