Yuxusuz gecədən sonra zehni fəaliyyətin bərpası üçün qısa müddətli mürgüləmə və fiziki aktivlik fərqli təsirlər göstərə bilər.
Medicina.az xəbər verir ki, qısa yuxu diqqət, yaddaş və düşünmə qabiliyyətinin bərpasına kömək edə bilər.
Fiziki aktivlik isə qan dövranını yaxşılaşdıraraq ayıqlığı artıra və yorğunluq hissini azalda bilər. Lakin yuxusuzluğun yaratdığı çatışmazlığı tam kompensasiya etmir.
Bu səbəbdən, imkan olduqda yuxusuz gecədən sonra qısa mürgüləmək beynin fəaliyyətini bərpa etmək üçün daha faydalı seçim ola bilər. Fiziki aktivlik isə gün ərzində ayıqlığı artırmaq üçün əlavə vasitə kimi istifadə edilə bilər.
Xanım,
Medicina.az