Yuxusuzluğa qarşı hansı vitamin əlavələri təsirlidir?

  • 2022.11.29 16:34
  • 3465 Baxış
Yuxusuzluğa qarşı hansı vitamin əlavələri təsirlidir?


Bəzi vitamin əlavələri, BAD-lar yuxu problemlərini həll etməyə yardım edə bilər.

“Medicina” xəbər verir ki, həkim nutrisioloq İqor Strokov yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı olanları sadalayıb.
“Kimlər ki, var gücü ilə yuxulamağa çalışır onlar rasiona əlavələr etməklə yuxu keyfiyyətini yaxşılaşdıra bilərlər.

Məsələn, B12 vitamini normal metobolizmi dəstəkləyir, bədəni yuxuya hazırlayır. 5HTP adlı əlavə və melotonin preparatı iştahı, yuxunu normallaşdırır.

Mənim təcrübəmdə uzun illər yuxusuzluqdan əziyyət çəkən 2 pasiyentdə B12 əskikliyi aşkarlanmışdı.

Onlara bir müddət B12 verilir, bu vitamin orqanizmdə eritrosit qan hüceyrələrinin hasilini edir. Eritrositlər az olanda orqanizmdə oksigen daşınması azalır. Bu zaman beyin oksigen aclığı çəkir. B12 ilə müalicədən sonra onların yuxusu qaydaya düşmüşdü”.

Aygün Musayeva