Yuxusuzluqdan əziyyət çəkənlərə- Həkim məsləhəti

  • 2023.06.02 19:47
  • 1490 Baxış
Yuxusuzluqdan əziyyət  çəkənlərə - Həkim məsləhəti
Qida rejimi kimi yuxu rejimi də sağlamlığın əsas açarıdır. Amma 90% insan yuxu rasionu və gigiyenasına düzgün əməl etmir.


“Medicina” xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, televizor, kompüter, smartfonlar daha tez yorulmağa zəmin yaradır. Bunlar bizim yuxu sistemimizə də mənfi təsir göstərir.


“Bir sıra araşdırmalar göstərir ki, yatmazdan əvvəl müntəzəm olaraq parlaq otaq işıqlarına və ya televizor, kompüter, smartfon işığına məruz qalmaq melatonin istehsalına mane olur.


Sağlam yuxuya kömək edən davranışlar bunlardır:

Həmişə eyni vaxtda yatıb qalxmaq

Real yorğun olduğunuz və yatmaq istədiyiniz zaman yatın.
Yatmazdan əvvəl istirahət məşqləri edin.
Kofein yatmazdan dörd saat əvvəl qadağandır.
Yatmazdan əvvəl siqaret çəkməyin.

Gündüz yuxularından çəkinin.
Mümkün qədər az alkoqol qəbul etmək.
Yuxu həblərindən imtina
Otağın sərin, qaranlıq, sakit olması

Günay Quluzadə