Zaqatalada ər-arvad qəzada öldü - FOTO

  • 2025.07.07 10:02
  • 584 Baxış
Zaqatalada ər-arvad qəzada öldü -  FOTO

İyulun 5-i Zaqatalada avtomobil qəzasında ər-arvad həyatını itirib.

Medicina.az -ın Qafqazinfo-ya istinadən məlumatına əsasən, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev hadisə yerində vəfat edib.

Onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı Fəryad İbrahimov və 13 yaşlı oğlu isə xəsarət alıb.