Yekaterinburqda 116 nömrəli Gimnaziyada zəhərlənmənin baş verməsi ilə bağlı araşdırma zamanı mütəxəssislər patogeni müəyyən etdilər.
Medicina.az xəbər verir ki, Sverdlovsk Vilayət İdarəsinin məlumatına görə, 22 şagirddə Salmonella aşkar edilib.
"Məktəbin iaşə xidməti müəssisəsində (iaşə şirkəti Appetit) aparılan yoxlama zamanı xammalın, avadanlıqların emalı və qida hazırlanması tələblərinin pozulması aşkar edilib.
Aşkar edilən pozuntulara əsasən, Verx-İsetski Məhkəməsi məktəbin iaşə xidmətini 30 gün müddətinə dayandırıb”.
Xəstəlik hallarının qeydə alındığı bütün siniflər (prokurorluq əvvəllər gimnaziyanın birinci və ikinci siniflərində epidemiya barədə məlumat vermişdi - red.) distant təhsilə keçirilib.
Müəssisə rəhbərliyinə binaların dezinfeksiya edilməsi və personalın yoxlanılması da daxil olmaqla əlavə sanitar, epidemiya əleyhinə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə göstərişlər verilib.
Aygün Musayeva