1 gündə 3 minə yaxın yoluxma faktı - Britaniyada

  • 2021.04.30 22:58
  • 1565 Baxış
1 gündə 3 minə yaxın yoluxma faktı -  Britaniyada

Böyük Britaniyada son sutka ərzində 2381 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 416 623 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 15 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 517 nəfərə çatıb.