1 iyun uşaqların günüdür - Körpənin immuniteti üçün SİBİR METODU

  • 2021.06.01 14:37
  • 3194 Baxış
1 iyun uşaqların günüdür -  Körpənin immuniteti üçün SİBİR METODU

Uşaq orqanizmini körpəlikdən möhkəmlətmək lazımdır. İndi çox analar uşaqların zəifliyindən, tez-tez xəstələnməsindən gileylənir, amma immuniteti möhkəmlətmək üçün tədbirlər görmür.


Medicina.az Sibir xalqlarında qədimdən sınanan bir üsulu təqdim edir.

7-12 yaşlı uşaqlar üçün tətbiq edilən bu metodda uşaq həftədə 2 dəfə soyuq su ilə dolu vannaya dizə kimi ayaqlarını qoyub, 5 dəqiqə gözləyir, sudan çıxan kimi otaqda və ya həyətdə ayaqyalın 3 dəqiqə qaçmalıdır. Bu mütləq bu ardıcıllıqla həyata keçirilməlidir. Prosedur 10 gün təkrarlanır. Əllərlə də hər gün dirsəyə kimi soyuq suda 2 dəqiqə saxlanılır.

Prosedur zamanı ilıq çay və ya çobanyastığı dəmləməsi içmək lazımdır.