1 yaşından kiçik körpələrdə koronavirus daha pis keçir - Həkim əlamətləri sadaladı

  • 2021.10.16 17:44
  • 2071 Baxış
1 yaşından kiçik körpələrdə koronavirus daha pis keçir    - Həkim əlamətləri sadaladı

Koronavirusa yoluxma ilə əlaqədar 1 yaşdan aşağı uşaqlar böyük risk qurupuna daxildir.

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, həmin dövrdə koronavirusa yoluxanlar xəstəliyi ağır keçirir:


"Əsas simptom tənəffüs çatışmazlığıdır. Bəzən o qədər ağır olur ki, süni tənəffüs aparatına qoşmaq belə fayda vermir. Nadir hallarda isə bəzi uşaqlar koronavirusu simptomsuz keçirsə belə, 2-6 həftə ərzində bir çox sistemi tutan iltihabi proses başlayır. Bu, ürəyi, böyrəyi, ağciyərləri və s. tuta bilir"./trend.az