10 il sonra ilk dəfə arvadının əlini tuta bildi - Dəhşətli "kəpənək xəstəliyi"

  • 2019.11.08 10:06
  • 13882 Baxış
10 il sonra ilk dəfə arvadının əlini tuta bildi -  Dəhşətli "kəpənək xəstəliyi"
Izmirdə yaşayan 43 yaşlı İlker, 2006-cı ildən bu yana  barmaqları şişdiyi üçün onları istifadə edə bilmir. Ona səbəb barmaq uclarına kalsium toplanması nəticəsində kəpənək xəstəliyinə tutulmasıdır. 

Medicina.az xəbər verir ki, 33 yaşından bu yana hər iki əlini işlədə bilməyən İlkerə  həkimlər əməliyyat olmağı təklif edib. Lakin o barmaqlarını itirməkdən qorduğu üçün bunu qəbul etməyib.

Lakin xəstəliyə tutulan gənc evləndikdən sonra həyat yoldaşının dəstəyi ilə əməliyyat olma qərarını alıb.  Ortopediya və travmatologiya mütəxəssisi Ahmet Savran'a müraciət edən İlker, sağ əlindəki barmaqlarını təkrar istifadə etmək üçün oktyabr ayında əməliyyat keçirib. Əməliyyat uğurla həyata keçib. 

İlker, əməliyyatdan sonra sanki  yenidən doğulduğunu və 10 il sonra sağ əlindən istifadə etməyin yaxşı bir hiss olduğunu qeyd edib:

"İndi gəzməyə gedəndə həyat yoldaşımın əlindən tuta bilərəm. Bu məni çox xoşbəxt edir. 10 ildən sonra ilk dəfə barmaqlarımla bir çay stəkanı və qələm tutmağımdan çox həyəcanlandım”.

Qeyd edək kji, epidermolosis bullosa və ya kəpənək xəstəliyi olaraq bilinən bu xəstəlik zamanı,  dəri və bədənin selikli qişalarında (ağız, cinsiyyət bölgəsi, anal bölgə, göz, burun, tənəffüs yolu , yemək borusu və s.) içərisi su ilə dolu qabarcıqlarla(bulla)  müşahidə olunur.