10 min kalorilik dondurma – Hələ heç kim yeyə bilməyib

  • 2026.06.24 22:09
  • 119 Baxış
10 min kalorilik dondurma  – Hələ heç kim yeyə bilməyib


Böyük Britaniyada dünyanın ən böyük dondurması adlandırıla bilən desert hazırlanıb. Onun tərkibində 10.000-dən çox kalori var, bu şəkər miqdarı bir aylıq istehlak miqdarına bərabərdir.


Təəccüblü deyil ki, hələ heç kim nəhəng dondurmanı yeyə bilməyib.

Medicina.az xəbər verir ki, İpsviçdən olan 21 yaşlı Liam Bolland Teddy Full House restoranının bütün müştərilərinə təklif etdiyi bu dondurma ilə özünü sınamaq qərarına gəlib. Nəticə uğursuz olub. Cəmi 25 dəqiqədən sonra dondurmanın yarısından bir az çoxunu yeməyi bacarıb.

Böyük porsiyada iki növ vafli, dənli bitkilər, çiyələk və banan sayılmadan, 25 qaşıq dondurma var. İndi şokolad, çiyələk və vanil siropu ilə çilənmiş, üzərinə səpilmiş souslar və albalı səpilmiş deserti təsəvvür edin.


Aygün Musayeva