100 yaşlı qadın sirrini açdı - Rəqs edirdim

  • 2024.03.11 16:57
  • 875 Baxış
100 yaşlı qadın sirrini açdı  - Rəqs edirdim


Böyük Britaniyanın 100 yaşlı sakini yubileyində uzun ömürlülük sirrini açıb.


“Medicina” xəbər verir ki, Tereza Vord adlı qadın 1924-cü ildə doğulub.
Evdar qadın olan Tereza 3 uşaq böyüdüb.


Onun 2 əsas məşğuliyyəti olub: toxuma və bağçılıq.
Digər sevimli hobbisi rəqslərdir.

O, əri ilə birgə rəqs qrupuna gedirdi. Onlar 54 il birgə yaşayıblar.
Qadın çox yaşamasının sirrini rəqsdə görür. Eləcə də o həmişə dünyaya və insanlara minnətdar olub.

Tereza 100 yaşını Blekdaundakı qocalar evində qeyd edib.

İşçilər onun üçün əsl ziyafət təşkil etmişdilər. Qadının ailə üzvləri də ad günü təbrikinə qatılıb.

Tədbirin sonunda Terezanın sevimli filminə baxıblar.
Tereza o gün özünü çox xoşbəxt hiss edib.


Aygün Musayeva