Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

101 yaşında hələ də işləyən - ən qocaman həkim

  • 2025.07.03 08:32
  • 301 Baxış
101 yaşında hələ də işləyən   -   ən qocaman həkim

Amerikalı nevroloq Dr.Hovard Taker 67 yaşında tibb təhsili alıb, 102 yaşında TikTok ulduzuna çevrilib.


“Medicina” xəbər verir ki, Hovard Taker ABŞ-ın ən tanınmış həkimlərindən biridir. 102 yaşında o, "dünyada tibblə məşğul olan ən yaşlı insan" titulunu daşıyır.

Tacker hazırda xəstələri qəbul etməsə də, onun təqdirəlayiq tərcümeyi-halı var.


1947-ci ildə tibb dərəcəsini alan Taker 1953-cü ildə ixtisasını bitirmişdir.

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edən Taker Koreya müharibəsi zamanı Atlantik Donanmasının baş nevroloqu olub.


O, 1989-cu ildə, 67 yaşında hüquq təhsili almağa başlayıb və nevropatoloq kimi işləyərkən Ohio Bar imtahanından keçib. Covid pandemiyasının ilk günlərində xəstələrin müalicəsində əsas rol oynayan Taker hazırda Klivlenddəki Case Western Reserve Universitetində tibb və hüquq tələbələrinə dərs deyir və tibbi işlərdə ekspert şahidi kimi xidmət edir.


Taker ən son TikTok-a keçərək, oradauğur qazandı. Hazırda 101 min izləyicisi olan səhifəni nəvəsi Ostin və dostu Taylor Taglianetti yaradıb. İkili eyni zamanda “Nə olacaq?” sənədli filmini də çəkiblər.

İyulda 103 yaşını qeyd edəcək Taker uzunömürlülüyünü nəyə borclu olduğunu National Geographic-ə danışıb.

Təqaüdçülüyün uzunömürlülüyün "düşməni" olduğunu deyir:

"Bu, mənim uydurduğum bir şey deyil. Araşdırmalar göstərir ki, insan nə qədər uzun işləyirsə, demans riski də bir o qədər az olur. Qərarlar vermək və sosial qarşılıqlı əlaqəni davam etdirmək vacibdir. Bunlar koqnitiv tənəzzülü yavaşladır. Köhnə deyimdə deyilir:

"Əgər ondan istifadə etməsən, onu itirərsən". Beyninizi istifadə etməsəniz, onu itirərsiniz”.


Aygün Musayeva