107 yaşlı dietoloqdan uzun ömrün sirri

  • 2023.05.13 14:58
  • 2893 Baxış
107 yaşlı dietoloqdan uzun ömrün  sirri
ABŞ-da yaşayan daha bir uzunömürlü qadın 107 yaşını qeyd edib.

“Medicina” xəbər verir ki, Jean 1916 – cı ilin may ayında Amerikanın Pensilvaniya ştatında dünyaya gəlib.

Jean Stevens ömür boyu yemək bişirməyə həvəsli idi və 1940-cı illərdə məşhur kulinariya şousunun aparıcısı olub.

“Bir televiziya verilişində aparıcılıq etdim. Mən yemək bişirdiyim zaman insanlar həmişə bu verilişi televizordan seyr edirdi.”



Stivens daha sonra dietoloq kimi çalışıb. Qadın hələ də düzgün qidalanmanın sağlam uzun ömrün səbəbu olduğuna inanır. Xüsusilə tərəvəz və meyvələri hər gün yeməyi məsləhət görür.

Qadının bacısı uzunömürlülüyün sirrinin həyata müsbət münasibətində olduğunu bildirib.

"Düşünürəm ki, o, həmişə çox xoşbəxt insan olduğu üçün çox yaşayır” – deyə qadın bildirib.

Stevens üç uşaq böyüdüb, beş nəvəsi və yaxınları onun ad gününə qatılıb.


Günay Quluzadə