13 yaşlı qızın orqanları tərsinə aşkarlandı - Anomaliya

  • 2022.06.08 16:35
  • 2638 Baxış
13 yaşlı qızın orqanları tərsinə aşkarlandı   -  Anomaliya

13 yaşlı Olesya Kulikovada anadangəlmə nadir anomaliya aşkarlanıb.


Bakupost.az xəbər verir ki, Krasnoyarskdan olan qız uşaqlıqdan tez-tez xəstələnər, ağrıları olar, sağlamlığı səbəbindən həkimlərə gedərdi.

Onun bu vəziyyətinin səbəbini heç kim dəqiq tapa bilmirdi.

Ancaq 13 yaşı olanda təsadüfən onda daxili orqanların transpozisiyası aşkarlanıb.

Bu nadir genetik anomaliyadır, bütün daxili orqanlar normadan kənar, güzgü effekti ilə yerləşib.

Məsələn, ürək solda yox, sağdadır, qaraciyər soldadır, mədə isə ortada yox, sağdadır.
“Güzgü əksi” ağciyər, bağırsaq, damarlar, limfa sisteminə də təsir edir.

Bu nadir xəstəlik 10 min insanda bir rast gəlinir.

Xəstədə daxili orqanların işinin çətinləşməsi ilə yanaşı bronxlarda bəlğəm yığılması, xroniki sinusit və bakterial infeksiya problemləri olur.