Son illər onkoloji xəstəliklərin müalicəsində fərqli yanaşmalara maraq artır.
Medicina.az xəbər verir ko, mütəxəssislərin daha çox müzakirə etdiyi məsələlərdən biri də,diqqətin sadəcə şişə deyil pasiyentin ümumi sağlamlıq vəziyyətinə yönəldilməsidir.
İnteqrativ onkologiya məhz bu yanaşmaya əsaslanır: əsas tibbi müalicə ilə yanaşı, pasiyentin fiziki və emosional ehtiyacları da nəzərə alınır və müalicə prosesi daha bütöv şəkildə aparılır.
Onkologiyada inteqrativ yanaşmastandart tibbi müalicənin əvəzinə deyil, onunla birlikdə tətbiq olunur. Məqsəd əsas müalicənin daha rahat və effektiv keçməsini təmin etməkdir. Bu səbəbdən inteqrativ onkologiyada pasiyentin diaqnozu, aldığı müalicə, ümumi sağlamlıq vəziyyəti və mümkün risklər nəzərə alınaraq fərdi yanaşma formalaşdırılır.
İnteqrativ onkologiya nədir?
İnteqrativ yanaşma cərrahiyyə, kimyaterapiya və şüa müalicəsi kimi ənənəvi müalicə üsulları ilə birlikdə istifadə olunaraq pasiyentin bütöv şəkildə müalicəsini hədəfləyir. Bu yanaşmaya
-yüksək dozalı C vitamini,
-ökseotu (mistletoe) terapiyası kimi metodlar daxildir.
İnteqrativ terapiyalar müalicənin yan təsirlərini və psixoloji gərginliyi azaltmağa kömək edə bilər. Həmçinin pasiyentin müalicə planına daha yaxşı riayət etməsini dəstəkləyərək, daha müsbət nəticələrə gətirib çıxara bilər.
Hipertermiya nədir?
Hipertermiya ilə müalicə bütün bədənin və ya bədənin müəyyən hissələrinin hədəfli şəkildə qızdırılmasına əsaslanır. Yaranan “istilik stresi” xərçəng hüceyrələrini orqanizmin öz parçalama mexanizmlərinə, eləcə də şüa müalicəsi və ya kimyaterapiya ilə aparılan müalicəyə qarşı daha həssas edir.
Yüksək dozalı Vitamin C infuziya şəklində venadaxili tətbiq edilən, immuniteti gücləndirmək, xroniki yorğunluq, infeksiyalar və bəzi xərçəng növlərinin müalicəsinə dəstək məqsədilə istifadə olunan güclü antioksidandır. Bu müalicə üsulu birbaşa qana yüksək konsentrasiyada Vitamin C çatdıraraq hüceyrələrin yenilənməsini və bərpasına kömək edir.
Elmi araşdırmalar inteqrativ yanaşmanın xərçəng xəstələrinin müalicə prosesində və həyat keyfiyyətində müsbət təsirlər göstərə biləcəyini ortaya qoyur.
İnteqrativ onkologiya və müalicə yanaşmaları haqqında daha ətraflı məlumat əldə etmək üçün mütəxəssisimizin bu video-açıqlamasını izləyə bilərsiniz.