16 oktyabr – Ümumdünya Anesteziya Günüdür

  • 16 Okt 2021 18:08
  • 331 Baxış
16 oktyabr – Ümumdünya Anesteziya Günüdür

İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur. Yüzilliklər boyu cərrahi müdaxilə ağrısızlaşdırma tətbiq edilmədən aparılıb.



Aztibb.az xəbər verir ki, bu sahədə ilk addımı eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid atıb. O, imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparırdı.



Uzunmüddətli axtarışlardan sonra 16 oktyabr 1846-cı ildə diş həkimi Uilyam Tomas Morton tibb tarixində ilk dəfə olaraq Boston şəhərinin mərkəzi xəstəxanasında boyun şişinin cərrahi əməliyyatının ağrısız icrası üçün efir narkozunu tətbiq edərək anesteziologiyanın əsasını qoyub. Bu tarix – 16 oktyabr günü dünyada cərrahiyyənin inkişaf tarixinin başlanğıcı günü kimi qeyd olunur.


Anesteziya - sinirlərin həssaslığının itməsidir. Cərrahi əməliyyatların ağrısızlaşdırılması, dişlərin, zədələrin müalicəsi və tibbin digər sahələrində süni anesteziyadan istifadə edilir.



Cəmiyyət inkişaf etdikcə bu sahə də təkmilləşərək tibbin ayrılmaz hissəsinə çevrilib. Ondan yalnız cərrahi əməliyyatlar zamanı deyil, həm də psixiatriya, narkologiya və digər sahələrdə istifadə olunmağa başlayıb. Müasir tibdə ümumi, yerli və bel anesteziyasından istifadə edilir və bu sahə daim təkmilləşir.