16 yaşlı qız anasını bıçaqlayaraq öldürdü - Dəhşətli hadisə

  • 2026.06.29 22:54
  • 268 Baxış
16 yaşlı qız anasını bıçaqlayaraq öldürdü -  Dəhşətli hadisə

Türkiyədə dəhşətli hadisə baş verib.

Medicina.az xəbər verir ki, hadisə gecə saatlarında Saimbeyli rayonunun Fatih məhəlləsində baş verib. İddiaya görə, 16 yaşlı D.E. naməlum səbəbdən evdə anası Servet Tekiri bıçaqlayıb. Hadisədən sonra şübhəli 112 Təcili Yardım Mərkəzinə zəng edərək anasını öldürdüyünü bildirib.

Həmin ünvana polis və tibb qrupları göndərilib. Qapıda polislə qarşılaşan D.E.-nin "Anamı öldürdüm" deyərək təslim olduğu bildirilib. Tibb qrupları Servet Tekirin çoxsaylı bıçaq yaraları nəticəsində öldüyünü müəyyən edib. Dövlət prokurorunun müayinəsindən sonra Tekirin cəsədi yarılma üçün Adana Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

Hadisə zamanı evdə olan 9 yaşlı qardaşı N.B.E. ifadəsində bildirib ki, həmin gecə anası ilə eyni qonaq otağında yatıb, heç bir dava və ya qışqırıq eşitməyib və hadisə barədə yalnız səhər polisi görəndə məlumat əldə edib.

Nəzarətə alınan D.E. əlavə araşdırma üçün polis bölməsinə gətirilib və hadisə ilə bağlı hərtərəfli araşdırma başlayıb.


Aygün
Medicina.az