16 yaşlı qızın orqanları 7 xəstəyə həyat ümidi oldu

  • 2026.07.09 21:58
  • 253 Baxış
16 yaşlı qızın orqanları  7 xəstəyə həyat ümidi oldu

Türkiyənin Mərkəzi Anadolu bölgəsində yerləşən Aksaray şəhərində yol qəzasından sonra beyin ölümü gerçəkləşən 16 yaşlı Berivan Elçinin bağışlanan orqanları 7 xəstəyə ümid verib.

Medicina.az xəbər verir ki, qəzada Berivan, bacısı və atası yaralanıb. Xəstəxanada 7 gün davam edən müalicədən sonra onun beyin ölümü gerçəkləşib.

Həkimlərin müraciətindən sonra anası Sema Avran qızının orqanlarını bağışlamaq qərarına gəlib. Berivanın ürəyi, qaraciyəri, ağciyəri, iki böyrəyi və iki buynuz qişası transplantasiya gözləyən xəstələrə köçürülmək üçün Türkiyənin müxtəlif bölgələrinə göndərilib.

Anası bildirib ki, qızını itirməyin ağrısını yaşasa da, onun orqanlarının başqa insanlara həyat verməsi ona təsəlli verir.

"Qızım mələk idi, mələk kimi getdi. Heç bir qarşılıq gözləmədən orqanlarını bağışladım", – deyə anası bildirib.

Xanım,
Medicina.az