170 kq çəkili xəstə koronavirusa qalib gəldi

  • 2020.11.03 16:03
  • 11227 Baxış
170 kq çəkili xəstə koronavirusa qalib gəldi

58 yaşlı Çelyabinskli Viktor Kiselevin koronavirusdan sağ çıxacağına heç kim inanmırdı. Onun diabet və ürək xəstəliyi var idi, üstəlik çəkisi 170 kiloqram.

Bu amillər koronavirusdan ölüm riskini 5 dəfə artırır.

Medicina.az xəbər verir ki, Viktor koronavirusa qalib gəlməsi ilə çox xəstələrə ruh yüksəkliyi və inam verib.

“Bir ay idi xəstələnmişdim. Əminəm ki, mağazada yoluxdum. Evdə müalicə almağa başladım, amma bir gün halım pisləşdi. Xəstəxanaya öz maşınımda 35 km yolu qət edərək gəldim. O halda idim ki, palataya öz ayağımla keçə bilmədim.

Dərhal məni oksigen aparatına qoşdular. Çəkim çox olduğundan KT –dən keçə də bilmədim. Çünki aparata yerləşmirdim. Məni rentgen etdilər”.