18 yaşlı xəstəyə anasından uğurlu böyrək transplantasiyası həyata keçirildi - FOTO

  • 2026.04.08 16:49
  • 107 Baxış
18 yaşlı xəstəyə anasından uğurlu böyrək transplantasiyası həyata keçirildi -  FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu böyrək transplantasiyası əməliyyatı icra olunub.

Medicina.az xəbər verir ki, klinikanın transplantologiya şöbəsinin müdiri Anar Namazov tərəfindən həyata keçirilən əməliyyat zamanı 18 yaşlı xəstənin sağlamlıq vəziyyəti diqqətlə qiymətləndirilib. Hərbi xidmətə getmək ərəfəsində aparılan müayinələr zamanı gəncdə böyrək problemi aşkar edilib. Daha geniş tibbi müayinələr nəticəsində böyrək çatışmazlığı diaqnozu təsdiqlənib.

Həkimlərin qərarı ilə xəstəyə böyrək transplantasiyası icra olunub. Əməliyyatda donor kimi xəstənin anası iştirak edib və övladına böyrəyini bağışlayıb.

Əməliyyatdan əvvəl xəstənin kreatinin səviyyəsi 9-a qədər yüksəlib. Transplantasiyadan sonra isə onun vəziyyəti xeyli yaxşılaşıb və kreatinin göstəricisi 1.7 səviyyəsinə düşüb. Hazırda pasiyent normal həyatına davam edir.