2 aya bu dieta ilə şəkərli diabetdən xilas oldu

  • 2024.01.10 22:56
  • 1438 Baxış
2 aya bu dieta ilə şəkərli diabetdən     xilas oldu

İngiltərəli Pol Dolbi 100 kq çəkidə idi və II tip diabetdən əziyyət çəkirdi. Yeni ildə qarşısına heç olmasa, 7 kq arıqlamağı məqsəd qoyan kişi radikal dieta ilə istəyinə çatır. Amma bununla yanaşı ağlına gəlmədiyi bir şəfanı da verdi.


“Medicina” xəbər verir ki, 5 ildir insulin iynəsi vuran diabetikdə şəkər o həddə düşdü ki, artıq iynəyə ehtiyac qalmadı.

Onun seçdiyi qidalanma rejimini Nyukasl universitetinin alimləri II tip diabet xəstələri üçün hazırlayıb.

Bu dietada adi yeməkləri, qidaları faydalı içkilərə və sərhədsiz miqdarda tərəvəzə dəyişmək lazımdır.

11 diabet xəstəsi üzərində təcrübədə dieta sayəsində xəstəliyin bütün simptomları 50% azalıb.

Dietadan sonra xəstələrə insulin iynəsi lazım olmayıb. 3 aydan sonra 7 xəstədə demək olar, diabetdən əsər-əlamət qalmayıb.

Aygün M