2 mindən çox hamilə koronavirusa yoluxdu

  • 2020.05.25 20:54
  • 2957 Baxış
2 mindən çox hamilə koronavirusa yoluxdu
Rusiyada 2 min nəfərdən çox hamilədə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.

Medicina.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş akuşer-ginekoloqu L. Adamyan bildirib.

Onun sözlərinə görə, COVID-19 hamiləlik vaxtı anadan uşağa keçmir, yoluxma ancaq doğumdan sonra mümkün ola bilər.

“Bu gün bizim ölkədə koronavirus infeksiyalı 2561 hamilə var. Onlardan 2035 nəfərində bütün testlər təsdiqlənib”, - deyə L. Adamyan qeyd edib.