2 yaşlı donorun anası oğlunun ürək səsini başqa uşaqda dinlədi – Dəhşətli VİDEO

  • 2019.08.10 15:13
  • 9546 Baxış
2 yaşlı donorun anası oğlunun ürək səsini başqa uşaqda dinlədi –  Dəhşətli VİDEO
2 yaşında dünyasını dəyişən uşağın anasına oğlunun ürəyini dinlədiblər. Ana bundan sonra oğlunun ürəyi ilə yaşayacaq balaca qızla görüşüb. 


Medicina.az xəbər verir ki, 2018-ci ildə qadının 2 yaşlı oğlu hovuza düşərək boğulmuş, 6 gün sonra xəstəxanada ölmüşdü. Ana Bruk iton oğlunun orqanlarını bağışlayaraq, bir neçə uşağın həyatını xilas etmişdir. 


Donor orqan köçürülən xəstələrdən biri 1 yaşlı Lola Bond olmuşdur. Anadangəlmə ürək qüsurlu doğulan qızcığaz ürək donorluğu növbəsində idi. 

İndi 17 aylıq Lolanın vəziyyəti yaxşıdır, o normal inkişaf edir, amma qız ömrünün sonuna kimi donor orqana görə dərman qəbul etməli olacaq. 


Bundan sonra qızın anası donorun anası ilə əlaqə yaratmış və nəhayət onların görüşü baş tutmuşdu. 

Ana otağa girən andan hönkürtü ilə ağlayaraq, qıza sarılmış və oğlunu  hiss etmişdir.

Həkimlər anaya uşağın ürək səsini dinlədiblər. 


Qadın bu andan xoşbəxt olduğunu deyib. Ona ürək döyüntüləri yazılmış disk veriblər, bundan sonra o ürəyi istədiyi vaxt oğlunun ürək səsini eşidə biləcək.