20% qadınlar cinsi əlaqədə ağrı yaşayır - Alimlər

  • 2022.10.17 14:24
  • 1841 Baxış
20% qadınlar cinsi əlaqədə ağrı yaşayır  - Alimlər


Hazırda dünyada xroniki xəstəliklər və infeksiyalar səbəbindən cinsi akt zamanı ağrı hiss edən qadınların sayı artır. 10 il əvvəl bu rəqəm 10% idisə, indi 20%-ə qalxıb.


"Medicina" xəbər verir ki, Flinders universitetinin alimləri bu mövzuda araşdırma aparıb.

Alimlər qadın cinsiyyət yollarında xroniki ağrını yaradan səbəbi tapmaq istəyiblər.

Doktor Kastro bunu vaginal hiperalgeziya və ya ağrılı cinsi akt adlandırıb.
Bu üzücü simptomun əsas 2 səbəbi endometrioz və vulvodiniyadır.

Ağrını ayaradam xüsusi ion kanalı adalanan zülallarda hiss olunur. Onlar qıcığa çox həssasdır və mərkəzi sinir sisteminə siqnal ötürür.

Bu ion kanalları barədə çox az məlumat var və az öyrənilib.

Eləcə də ağrı mexanizminin qadın cinsiyyət orqanlarından mərkəzi sinir sisteminə ötürülməsi də aydın deyil.
Bu ağrı sensor sinirlərdir, əgər onların qıcıqlanmasının qarşısını ala biləcək vasitə tapsaq, endometriozlu qadınların həyatı yüngülləşər.

Aygün Musayeva