20 Yanvar şəhidi Fərizənin bacısı koronavirusdan vəfat etdi - Tibb bacısı işləyirdi

  • 06 Avq 2020 19:23
  • 10367 Baxış
20 Yanvar şəhidi Fərizənin  bacısı koronavirusdan vəfat etdi  -  Tibb bacısı işləyirdi

20 Yanvar şəhidlərindən İlham və Fərizə Allahverdiyevlər ailəsinin bir üzvü koronavirusun qurbanı olub.

Medicina.az əldə etdiyi məlumata görə, Fərizənin bacısı Elza xanım ( iş yoldaşları ona Toma deyirdi) ötən gecə koronavirusdan vəfat edib.

65 yaşlı tibb bacısı, 2 saylı Əfəndiyev adına şəhər klinikasında koronaviruslu xəstələrlə çalışırdı.

Peşə borcunu yerinə yetirərkən virusa yoluxan qadının vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Elza Fərizənin böyük bacısı idi.

O, son 3 ildə ard-arda ata və anasını da itirmişdi.






X